Milli Qəhrəmanımızın doğum günüdür
1989-cu ildə baş leytenant rütbəsi ilə Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri vəzifəsinə göndərilib. Gənc zabit bir müddətdən sonra doğma Vətəninə dönür. Əvvəlcə, Bakının Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. O, erməni işgalçılarının Azərbaycan torpaqlarına hücumundan hiddətə gələrək bir komandir kimi qazandığı hərbi təcrübəni öz xalqının bu təcavüzdən qorunmasına sərf etmək istəyirdi.
Beləliklə, Elşad döyüş bölgəsinə üz tutur. Gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayır. Həmçinin, Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli, Şişqaya və Beyləqanda da mərdliklə vuruşur, böyük rəşadət göstərir. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv olur.
Qəhrəmanın son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə Elşad Əhədov şəhidlik zirvəsini fəth edir.
Ailəli idi. İki uşağı yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Elşad Əhədov doğma kəndində dəfn olunub. Öz kəndində orta məktəb və park Milli Qəhrəmanın adını daşıyır.






