Ədliyyə sistemində dəyişiklik - Rəislərə yeni səlahiyyət

Ədliyyə sistemində dəyişiklik -  Rəislərə yeni səlahiyyət

Azərbaycanda ədliyyə sistemində yerli icra qurumlarının strukturu dəyişib. 

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, Ədliyyə Nazirliyi Kollegiyasının 31 may 2013-cü il tarixli qərarına əsasən  təsdqiqlənən “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə qeyd edilib ki,  Ədliyyə Nazirliyinin rayon (şəhər) icra idarəsi, şöbəsi, bölməsi və qrupları Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən yerli struktur qurumlarıdır.

Ədliyyə Nazirliyi Kollegiyasının 30 iyun 2015-ci ildə qəbul etdiyi və 11 iyul 2015-ci ildə qüvvəyə minən qərarına əsasən “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilib. Dəyişikliyə əsasən rayon (şəhər) bölmələri ləğv edilib. Bundan sonra Ədliyyə Nazirliyinin rayon (şəhər) icra idarəsi, şöbəsi və qrupları Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən yerli struktur qurumlarıdır.  

Eyni zamanda əgər indiyə qədər icra qurumuna ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə, şöbə,  bölmə rəisi və böyük icra məmuru (qrup rəhbəri) rəhbərlik edibsə, dəyişikliyə əsasən bundan sonra icra qurumuna Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə, şöbə və qrupun rəhbəri – böyük icra məmuru rəhbərlik edəcək.

Ədliyyə Nazirliyi Kollegiyasının  qərarı ilə icra qurumlarının rəis və rəis müavinləri icra məmurunun səlahiyyətləri də qazanıblar.


OXŞAR XƏBƏRLƏR

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...

Metrodan istifadə edənlərin diqqətinə!

“Bakı Metropoliteni” QSC metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatdan istifadə sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanınd...