Logo

Azərbaycan millisi Almaniyaya rəqib oldu

Azərbaycan millisi Almaniyaya rəqib oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün 2018-cı ildə Rusiyada keçiriləcək dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

Sfera.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, püşkatma Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında baş tutacaq.

Konstantinovski sarayında baş tutacaq mərasimdə 5 konfederasiya üzrə püşk atılacaq. Artıq yarışa start verən Asiya təmsilçiləri istisna təşkil edəcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq püşkatmaya dünyanın 141 ölkəsi qatılacaq. Bunların 52-si Avropa təmsilçiləridi. Sözügedən yığmalar 9 qrupa böləcək və bunların 7-də 6, 2-də 5 komanda olacaq.

Qeyd edək ki, qrup qalibləri birbaşa mundiala yüksələcək. İkinci yerlərin təşkil etdiyi 4 cütlük pley-offda oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yer isə final mərhələsinə adlaya bilməyəcək.

A qrupu

Lüksemburq, Belarus, Bolqarıstan, Hollandiya, Fransa, İsveç

B qrupu

Andorra, Latvia, Farer Adaları, Portuqaliya, İsveçrə, Macarıstan

C qrupu

San Marino, Azərbaycan, Norveç, Şimali İrlandiya, Çexiya, Almaniya

D qrupu

Gürcüstan, Moldova, İrlandiya, Uels, Avstriya, Serbiya

E qrupu

Qazaxıstan, Ermənistan, Çernoqoriya, Rumıniya, Danimarka, Polşa

F qrupu

Malta, Litva, Sloveniya, İngiltərə, Slovakiya, Şotlandiya

G qrupu

Lixteynşteyn, Makedoniya, İsrail, İspaniya, İtaliya, Albaniya

H qrupu

Kipr, Estoniya, Belçika, Bosniya və Hersoqovina, Yunanıstan

İ qrupu

Finlandiya, Türkiyə, Xorvatiya, İslandiya, Ukrayna.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR