Artur Vanetsyan Qarabağa niyə getmişdi? – Ekspert ŞƏRHİ

Artur Vanetsyan Qarabağa niyə getmişdi? – Ekspert ŞƏRHİ
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan bir neçə gün əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Səfər zamanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətiinin rəhbəri separatçı rejimin "lideri" Bako Saakyanla görüşüb. Vanetsyan həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşən hərbçilərə də baş çəkib.

Sözügedən səfəri politoloq Arzu Nağıyev  şərh edib.

Ekspert deyib ki, Ermənistan təhlükəsizlik qurumunun rəhbərinin qondarma rejimə səfər etməkdə əsas məqsədi Bako Saakyanla görüşmək olub: "Bu səfəri geniş şəkildə yaymaqlarının bir sıra məsqədləri var. Əgər təhlükəsizlik xidmətinin rəisi yoxlamaya özü şəxsən gedir və səfərin məqsədi birbaşa Ermənistan prezidentinə, yaxud baş nazir Nikol Paşinyana məruzə etməkdirsə, deməli, bunların öz aralarında təlaş var. Əgər qondarma qurumun qondarma rəhbəri Bako Saakyan Artur Vanesyanın iştirakı ilə hərbçilərlə müşavirə keçirirsə, bu da müəyyən məqamlardan xəbər verir. Deməli, Ermənistan təhlükəsizlik xidməti çox narahatdır”.

A.Nağıyev bildirib ki, son vaxtlar həm Ermənistanın keçmiş prezidentləri Sarkisyan və Koçaryanla bağlı cinayət işlərinin davam etməsi Ermənistanın təhükəsizlik xidmətinə həvalə olunub: Sarksiyanın qardaşından alınmış böyük miqdarda vəsait də məhz qondarma rejimin ərazisində yerləşən ordu hissələrinə yönəldilib”.

Politoloq reallaşan səfərin təftişdən ibarət olduğunu, Ermənistanda qorxu və xofun tüğyan etdiyini bildirib: "Bu səfər ərəfəsində Ermənistan müdafiə naziri Tonayan açıqlama verdi ki, guya Ermənistan ordusu artıq böyük hücum taktikası keçir. Açıq-aydın görünür ki, ölkə narahatdır. Baxmayaraq ki, onlar dəfələrlə öz çıxışlarında deyib ki, bizim Dağlıq Qarabağla hər hansı əlaqəmiz yoxdur. Lakin burada əsas məqam ondan ibarətdir ki, Ermənistan tam şəkildə onları dəstəkləyir. Özlərinin dedikləri ilə etdikləri əməl arasında artıq təzadlar yaradırlar. ATƏT-in Minsk Qrupunun həmsədrləri bunu görməli və müvafiq bəyanatlar verməlidirlər”.BakuPost

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...