Logo

Fəxrəddin Abbaszadə həbsxanada yoxa çıxdı - Azərbaycana ekstradisiya edilir?

Fəxrəddin Abbaszadə həbsxanada yoxa çıxdı - Azərbaycana ekstradisiya edilir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ələkrəm Hümbətov yaxın adamlarından biri  Ermənistan xüsusi xidmət orqanlarının adamı kimi tanınan Fəxrəddin Abbasov (Aboszadə) Rusiyanın Lyuberç şəhərindəki istintaq təcridxanasından yoxa çıxıb.

Məlumata görə, fevralın 27-də özlərini Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər istintaq təcridxanasına gələrək, orada Rusiya Baş Prokurorluğunun Abbasovun təcridxanadan azad edilməsiylə bağlı rəsmi məktubunu təqdim edib. Bundan sonra onlar Abbasovu özləri ilə aparıblar. Təşkilat Abbasovun şəxsi əşyalarının təcridxanada qaldığını bildirib.

Abbasovun təcridxanada aparılması barədə informasiyanı onun vəkili də təsdiq edib. Belə ki, onun 28 fevralda keçirilməli olan məhkəməsi məhz Abbasovun yerinin müəyyən edilməməsi ucbatından 18 marta təxirə salınıb.

"Amnesty İnternational” təşkilatının Rusiyadakı nümayəndəliyinin direktoru Natalya Zvyagina isə Abbasovun təcridxanadan Azərbaycana ekstradisiya üçün azad edilə biləcəyini iddia edib.

Qeyd edək ki, Fəxrəddin Abbasov Azərbaycanın Lerik rayonunda anadan olub. O, 1993-cü ildən Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub.

Abbasov 2018-ci il sentyabrın 6-də Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Rusiyada həbs edilib. (axar.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR