İki rayonda yanğın baş verdi
Kateqoriya məlum deyil
Nefçala və Agdaş rayonlarında yanğın hadisələri baş verib.
Sfera.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nefçala rayonunun Xoltəzəkənd kəndində 8 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər sahələr yanğından mühafizə olunub.
Agdaş rayonunun Tofiqi kəndində isə həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının bir hissəsi yanıb.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.






