Logo

Sabah Bakıda qasırğa olacaq? – Nazirlik açıqladı

Sabah Bakıda qasırğa olacaq? – Nazirlik açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İranın Kirman vilayətində müşahidə edilən qum qasırğası ölkəmizdə müşahidə olunmayacaq.

Sfera.az axar.az-a istinadən bildirir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, sabah günorta saatlarında zəif tozun miqdarının bir qədər artması müşahidə olunsa da, bu, İrandakı kimi dəhşətli olmayacaq.

Qeyd edək ki, "Trend" ötən gecə İranın mərkəzində yerləşən Kirman vilayətində qum qasırğasının olması barədə məlumat yayıb. Məlumatda qasırğa nəticəsində 25 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR