Logo

Rüşvət aldığı deyilən nazir ağlayaraq istefa verdi (FOTO)

Rüşvət aldığı deyilən nazir ağlayaraq istefa verdi (FOTO)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nazir göz yaşı içində 3 ildir durmadan çalışdığını deyib.

Yaponiyanın İqtisadiyyat naziri Akira Amari istefa verib. ANS PRESS-in 

məlumatına görə adı rüşvət qalmaqalında çəkilən 66 yaşlı nazir bu gün təşkil 

etdiyi mətbuat konfransında istefa verəcəyini açıqlayıb.
Nazir “parlamentin üzvü olaraq üzərimə düşən məsuliyyəti dərk edib, bir siyasətçi 

olmağın qüruru ilə bu gün tutduğum vəzifədən istefa verirəm” deyə bildirib.
Verilən məlumatlara görə, İqtisadiyyat naziri Akira Amari istefa ərizəsini birbaşa

Yaponiyanın Baş naziri Shinzo Abeyə təqdim edib. İstefa ərizəsinin qəbul edildiyi bildirilir.
Rüşvət aldığı deyilən nazir ağlayaraq istefa verdi (FOTO)
Yaponiyanın iqtisadiyyat naziri Akira Amari

Bir müddət əvvəl Amarinin adı "Weekly Bunshun" adlı jurnalda yardımçıları ilə birlikdə 

rüşvət qalmaqalında hallanıb. Belə ki, onun bir inşaat şirkətindən 103 min dollar rüşvət 

aldığı iddia edilir.
Amari mətbuat kofransında sözügedən məbləğ haqqında bir məlumatının olmadığını, 

ancaq katibi orqanın pulu siyasi ianə olaraq aldığını bildirib. Həmçinin bu vəzifəyə 

gəldiyi gündən həyatını vəzifəsini yerinə yetirməyə həsr etdiyini bildirən nazir, 3 ildir

durmadan, yatmadan, dincəlmədən çalışdığını göz yaşları içində söyləyib.
Rüşvət aldığı deyilən nazir ağlayaraq istefa verdi (FOTO)
Nazir belə istifa verdi

Amari Abe hökuməti üçün önəmli bir siyasətçi idi. Akira Amari dil xərçəngi ilə mübarizə

aparıb. Sağalandan sonra isə ABŞ-la Trans Sakit okean Tərəfdaşlığı ticarət müqaviləsi danışıqları aparıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR