Şok iddia: Paşinyan Bakının cəsusudur

Şok iddia: Paşinyan Bakının cəsusudur
Ermənistanda həyəcan təbili çalmağa başlayıblar - Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı baş nazir Nikol Paşinyan güzəştə gedə bilər. 

Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüş hazırlıqları barədə məlumatlar yayılandan erməni mətbuatı öz ampulasında işə başlayıb. Erməni liderə prezidentlə görüşdə özünü necə aparmaq barədə xeyli məsləhətlər verilməyə başlanılıb.

Ancaq hər şeydən öncə erməni ordusunun silahlanması, 4 qırıcı alınması məsələsi gündəmə gəlib. Düzdür, heç kim alınması nəzərdə tutulan qırıcıların yeni olmadığını yazmır. Amma yazırlar ki, hələ Rusiyadan minimum 12 belə qırıcı alacaqlar. Burada "alacaqlar” sözü əslində bir az yersizdir. Yoxsul Ermənistanda bu qırıcıları almaq imkanı yoxdur. Moskvanın verdiyi kredit isə belə bahalı alış-verişə çatmayacaq.

Ermənistanın nə ilə və necə hesablaşacağı hələ bilinmir. Amma ola bilsin ki, erməni hərbçilərinin Suriyaya göndərilməsi yeni razılaşmanın maddələrindən biridir. 

Bunlara baxmayaraq erməni siyastəçilər, ekspertlər, partiya liderlərinin Əliyevlə görüş zamanı Paşinyana məsləhətləri davam edir. Tavon Poqasyan adlı ekspert deyir ki, baş nazirin Qarabağ mövqeyi get-gedə daha dəqiq bilinir. Politoloqun sözlərinə görə, Paşinyan və komandası anlamalıdır ki, Azərbaycan prezidentinin maraqları nədir.

Əslində bu heç sirr də deyil. İlham Əliyevin nə istədiyi bəllidir – Azərbaycanın işğal edilən ərazilərindən erməni silahlı qüvvələrinin tamamilə çıxarılması.

Ermənistanın keçmiş rəhbərliyi isə Paşinyanı Əliyevlə yox, Serj Sarkisyanla danışıq aparmağa çağırırlar. "Respublika” partiyasının nümayəndələri hesab edirlər ki, Paşinyanın ümumiyyətlə Qarabağ məsələsində təcrübəsi kifayət qədər deyil. Onlar öz baş nazirlərini manipulyasiyada ittiham edirlər.

”Sputnik”in erməni versiyasında müsabibəsində keçmiş hakim partiyanın nümayəndəsi deyib ki, Paşinyanın lazımı qədər informasiyası, təcrübəsi və biliyi yoxdur. Onun dediklərindən belə nəticəyə gəlmək olar ki, danışıqlar ərəfəsində siyasi düşmənləri onu ümumiyyətlə Bakının casusu olmaqda da ittiham edə bilərlər. Ermənilərdən nə desən gözləmək olar.  

OXŞAR XƏBƏRLƏR