Bankdakı əmanətləriniz necə qorunur? - Kompensasiya şərtləri

Bankdakı əmanətləriniz necə qorunur? -  Kompensasiya şərtləri

İlin əvvəlindən əhalinin əmanətləri 13,2% artıb və 7,5 milyard manat təşkil edir. Əmanətlərin Sığortalanması Fondunun bankların məlumatlarına əsasən açıqladığı rəqəmlərə əsasən belə demək olar. 

Sfera.az ANS TV-yə istinadən xəbər verir ki, bu əmanətlərin isə heç də hamısı kompensasiya olunmayıb. Ümumi əmanətlərin cəmi 28%-i və ya 2,1 milyard manatına kompensasiya ödənişi düşür. Amma qorunan əmanətlərin həcmi ümumi əmanətlərin içərisində 60%-dən də artıqdır. Məhz bu məsələ insanlarda fikir ayrılığı yaradır. 

Fondun icraçı direktoru Azad Cavadov bildirir ki, qorunan və kompensasiya olunan, yaxud sığortalanan əmanət anlayışları fərqlidir. Əmanətin qorunan olması üçün onun 12%-dən aşağı faizlə yerləşdirilməsi kifayətdir. Amma onun sığortalı hissəsi yalnız 30 min manata qədər olan həcmidir.

A.Cavadov açıqlayıb ki, əgər banka bir adam 100 min manat əmanət qoyub. Onun 50 mini 12%-dən yüksək qoyulubsa, bu qorunmayan əmanətdir. Qalan 50 min isə 12%-dən aşağı qoyulub və bu qorunan əmanətdir. Amma sığorta hadisəsi baş verəndə vətəndaşa 30 min kompensasiya veriləcək. Yəni, əmanət əvvəlcə qorunan olmalıdır ki onun da 30 mininə kompensasiya verilir. 

Fond rəhbəri əlavə etdi ki, vətəndaşlar banklara əmanət qoyarkən onlara vəsaitlərinin qorunduğu bildirildikdə onlara elə gəlir ki, sığorta hadisəsi baş verəndə pulun hamısı qaytarılacaq. Amma kompensasiya yalnız 12%-lə yerləşdirilmiş 30 min manata düşür. 

Mövcud qanunlara görə, 18 yaşına çatmamış uşaqların adına qoyulan əmanətlər də mövcud şərtlər daxilində yerləşdirilibsə, sığortalanır. Hazırda qüvvədə olan tələblər isə maksimum 12% və 30 min manatdır.


OXŞAR XƏBƏRLƏR

Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı

Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    ...

İtkin düşən 17 nəfər tapıldı

Dekabrın 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparıl...

Azərbaycan bundan sonra da idmanın inkişafına böyük diqqət ayıracaq

Ölkəmizdə dövlət tərəfindən idmana olan diqqət və qayğı göz qabağındadır. İdman cəmiyyətin ayrılmaz hissəsidir. Xüsusilə, gənc nəslin yetişdirilməsi, vətənpərvə...

Təyyarə qəzasında həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn olundu

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci...

Prezident 2025-ci ilin dövlət büdcəsini TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.   Sfera.az ...

"Çelsi" 25 ildən sonra antirekordunu təkrarladı

İngiltərənin "Çelsi" klubu Premyer Liqada antirekordunu təkrarlayıb.   Sfera.az xəbər verir ki, London təmsilçisi bunu evdə "Fulhem&qu...