Logo

Gün gələcək tək-tək cavab verəcəksiniz - İradə İbrahimova videosundan danışdı

Gün gələcək tək-tək cavab verəcəksiniz - İradə İbrahimova videosundan danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün ana olduğu anları əks etdirən videosu yayılan İradə İbrahimova haqqında sosial şəbəkələrdə çoxlu müzakirələr oldu.
Gecce.az xəbər verir ki, əksəriyyət bu xoş anı alqışlasada, bəziləri neqativ fikirlər ötürdü. Bunu ardınca İradə xanım videoyla bağlı açıqlama yazdı. Bəlli oldu ki, həmin videonun mövcudluğundan ümumiyyətlə sənətçinin xəbəri olmayıb. Onu çəkən fotoqrafçı xanım öz səhifəsində eyni silsilədən olan videolar arasında paylaşıb:

"Əlinin doğumu ilə bağlı mediada video paylaşılıb. Həmin videonu ilk dəfə izlədim. Ailə fotomuzu və videomuzu çəkən xanım səhifəsində başqaları kimi bizim də xoş günümüzü paylaşıb. Onun mənə təqdim etdiyi videoda bu görüntülər olmayıb. Yeni gördüm və gün ərzində çoxlu insanlar videonu izləyib kövrəldiyini, duyğulandığını yazdı. Amma ənənəsinə sadiq olan bəziləri "tərifindən" qalmadı. Bu cür görüntülər onu birmənalı qarşılayan insanlan üçün hazırlanır. Təki Allah övlad arzusunda olan hər bir kəsə bu sevinc hissini daddırsın. Onu tənqid hədəfi etməkdənsə, sevincdən özünə pay götürsələr, həyatları daha gözəl olar. İllərdir ahımı, günahımı alan "insanlara" üzülürəm. Gün gələcək tək-tək cavab verəcəksiniz. Mən buna cani-könüldən inanıram".Gün gələcək tək-tək cavab verəcəksiniz - İradə İbrahimova videosundan danışdıGün gələcək tək-tək cavab verəcəksiniz - İradə İbrahimova videosundan danışdı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR