Logo

TQDK boş qalan yerlərə qəbula başladı

TQDK boş qalan yerlərə qəbula başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul elan edilib.

Sfera.az TQDK-nın saytına istinadən xəbər verir ki, bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2015-ci il 29 iyul saat 10.00-dan 5 avqust saat 10.00-dək qurumun internet saytının müvafiq səhifəsinə daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidir.

Bu zaman bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrəsindən istifadə etməlidir.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Onu da qeyd edək ki, Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR