Binəqədidə yanan bina ilə bağlı dəyişiklik - FOTOLAR
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/file/articles/36 ünvanında yerləşən 16 mərtəbəli binanı təmir edən briqada dəyişdirilib. Sakinin sözlərinə görə, binanın təmir işlərinə nəzarət edən "Azəraqrartikinti" ASC-nin Bərdə filialının idarə rəisi Emil Hacıyev özü işdən imtina edib: "Hazırda binada təmir və bərpa işləri davam edir. Yeni briqada 3 növbə ilə işləyir. Bizə verilən məlumata görə, heyətdə 250 nəfər var. İşlər kifayət qədər sürətlə gedir. Pəncərələr qoyulub. Artıq mənzillərdəki işlərin yarısı görülüb. Bir neçə mənzildə işlər başa çatmaq üzrədir".
Sfera.az gecce.az-dan aldığı məlumata görə, bina sakinlərindən biri report-a binanın təmirinin "Azəraqrartikinti" ASC-nin Bərdə rayon filialından alınaraq Sabirabad rayon filialına həvalə edildiyini bildirib.
O bildirib ki, sakinlərə yaxın müddətdə mənzillərinə köçürüləcəyi deyilib: "Sentyabr ayının 15-dək bina sakinlərinin evlərinə köçürüləcəyini deyiblər. Bu səbəbdən də təmir işləri sürətlənib".






