Logo

“Kim söyüş söyürsə, onların özlərinə və ailələrinə aiddir”

“Kim söyüş söyürsə, onların özlərinə və ailələrinə aiddir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Milli Məclisin iclasında deputat Səttar Möhbalıyev bildirib ki, bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər.

Bizimyol.info xəbər verir ki, o, sosial şəbəkələrdə yazılan təhqirlərə münasibət bildirib:

"Onlar sosial şəbəkələrdə təhqirlər səsləndirirlər, ölkə başıçısından tutmuş bütün məmurları təhqir edirlər. Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, azərbaycanlı olan şəxs digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin. Ölkə Prezidenti xeyli işlər görüb, hər il yüz minlərlə iş yerləri yaradılır. Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Bəlkə kor gözləri ilə görsünlər ki, ölkəmiz necə sürətlə inkişaf edir. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik”.

Deputat vurğulayıb ki, sosial ş.əbəkədə yazılan həmin söyüşlər, təhqirlər yazanların özlərinə və ailələrinə aiddir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR