Deputatlar bu gün 27 məsələni müzakirə edəcək
Kateqoriya məlum deyil
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Sfera.az bildirir ki, iclasda öncə Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında məsələyə baxılacaq.
Daha sonra deputatlar Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, "Əmanətlərin tam sığortalanması haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "Reklam haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" və bir sıra digər qanunlara əlavə və dəyişikliklər müzakirə edəcəklər.
Ümumilikdə iclasın gündəliyinə 27 məsələyə daxilir.






