Çörək bahalaşıb? - Nazirdən açıqlama

Çörək bahalaşıb? - Nazirdən açıqlama
Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırılması müşahidə olunmur.

Sfera.az bildirir ki, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ölkədə çörəyin bahalaşıb-bahalaşmayacağı barədə danışan nazir vurğulayıb ki, çörəyin qiymətinin dəyişməsi gözlənilmir.

Ş.Mustafayev xatırladıb ki, Azərbaycanda çörək istehsalı üçün istifadə olunan taxılın bir hissəsi idxal olunur:

 

"Taxıl idxal etdiyimiz ölkələrdən bəzilərində bu məhsul bahalaşıb ki, bu da Azərbaycanda qiymətlərdə əks oluna bilər. Amma biz tədbirlər görürük ki, qiymətlərdə artım olmasın”.

Nazir həmçinin dərman qiymətlərinin nizamlanması məsələsinə də toxunub. O bildirib ki, əgər istehlakçılarda dövlət tərəfindən nizamlanan dərman preparatlarının qiyməti ilə bağlı şübhələr yaranarsa, onlar İqtisadiyyat Nazirliyinə və ya Tarif Şurasına müraciət edə bilər:

"Dövlət qiymətlərin süni artırılması faktlarının qarşısının alınması üçün zəruri tədbirlər görür. Bazarda payı 35 faiz təşkil edən idxalatçılar və istehsalçılar dövlətin nəzarətindədir və onlar icazəsiz qiymətləri dəyişə bilməzlər”.


OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...