Müdafiə Nazirliyi: Hərbiçilərin cinayət işi Baş Prokurorluğa göndərilib

Müdafiə Nazirliyi: Hərbiçilərin cinayət işi Baş Prokurorluğa göndərilib
Müdafiə Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlayıb.
Baş Hərbi İnspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə araşdırma aparılıb, toplanmış materiallar Baş Prokurorluğa göndərilib
 
“Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
 
Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
 
Nazirliyin mətbuat xidmətindən deyilib ki, həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda istintaq aparılır: “Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır”.

OXŞAR XƏBƏRLƏR