Logo

Xoşqədəmlə Doğuşun uşağının cinsiyyəti bəlli oldu

Xoşqədəmlə Doğuşun uşağının cinsiyyəti bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Teleaparıcı Xoşqədəm Hidayətqızının oğlu olacaq.

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, türkiyəli müğənni Doğuşla ailəli olan aparıcının oğlu olacağı barədə Türkiyə mətbuatı yazıb. Xəbərdə deyilir:
 
"Bir müddətdir sosial şəbəkədə bir-birlərinə olan sevgilərini nümayiş etdirən cütlüyün uşaq gözlədiyi ortaya çıxıb. Doğuşuna az müddət qalan Xoşqədəm Hidayətqızının oğlan uşağı dünyaya gətirəcəyi öyrənilib".

Qeyd edək ki, bu yaxınlarda Xoşqədəm Hidayətqızının 5-6 aylıq hamilə olduğu, lakin bunu gizli saxladığı barədə xəbərlər yayılmışdı. X.Hidayətqızının "Deməsək, olmaz" verilişini də bir müddətdir ki, masa arxasında oturaraq aparması və kökəlməsi də nəzərdən qaçmayıb. Aparıcının ətrafındakı insanlar da onun hamilə olması ilə bağlı xəbəri təsdiqləyiblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR