Logo

Azərbaycanlı döyüşçü erməni zabiti bir zərbəyə diz çökdürdü – VİDEO

Azərbaycanlı döyüşçü erməni zabiti bir zərbəyə diz çökdürdü – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

25-26 iyul tarixlərində  Gürcüstanın Batumi şəhərində keçirilən kung fu sanda  üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub.

80 kq-da Azərbaycanı təmsil edən Babək Əliyev İran və Gürcü rəqiblərini məğlub edərək finala çıxıb.

Finalda Babək erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb. Görüşdə erməni  rəqibinə aman verməyən Babək ayaq zərbəsi ilə onu nakauta salıb. ATV.az- a açıqlamasında Babək bildirib ki,  bu qələbəni canım vətənim, millətim adına aldığına görə çox sevincliyəm. “Qələbəmi bu yaxınlarda şəhid olan əsgər qardaşlarıma həsr edirəm”.

Xatırladaq ki, Babək məşhur məşqçi Ruslan Rzayevin yetirməsidir.

Sfera.az sözügedən döyüşün videosunu təqdim edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR