Reyhan Camalova yenə qalib oldu - Azərbaycanı ABŞ-da təmsil edəcək

Reyhan Camalova yenə qalib oldu - Azərbaycanı ABŞ-da təmsil edəcək
Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova "Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, R.Camalova müsabiqədə "Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib.
 
Bu uğuruna görə R.Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində "Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı qazanıb.
 
Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.
 
R.Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun gənc ixtiraçısı, "ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biri seçilib.
 
Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən "Sabahın alimləri” Respublika müsabiqəsinə maraq ildən-ilə artmaqdadır. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
 
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...