Nazirlikdən vətəndaşlara müraciət - VİDEO
Təbii ki, yay mövsümü dedikdə insanların ağlına gələn ilk şey məhz tətil və itirahətdir. Amma bir sıra hallarda müştərilər istirahət mərkəzlərində onlara vəd olunan şəraiti tapa bilmir və buda onların haqlı narazılıqlarına səbəb olur. Mədəniyyət və Turizm nazirliyi isə bu cür problemlərlə qarşılaşmamaq üçün hüquqi tənzimləməni vacib hesab edir.
Yay mövsümü ilə əlaqədar olaraq, Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır. Bu səbəbdən Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlarına müraciət edib. Səfərlərdə xoşagəlməz hallarla rastlaşmaq istəmirsinizsə, turizm şirkətləri ilə mütləq müqavilə imzalıyın.
Nazirliyin şöbə müdiri deyir ki, bu həm ölkədaxili həm də xarici turizmə aiddir. Müqavilənin imzalanması təhlükəsizlik baxımından da əhəmiyyətlidir.
Lakin əgər bütün bunlara baxmayaraq, yendə də turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansısa problemlərlə üzləşmisinizsə, Mədəniyyət və Turizm nazirlityinin qaynar xətti-492 88 50 telefon nömrəsinə müraciət edə bilərsiniz.
Şöbə müdiri regionlarda mehmanxanaların qiymətlərinin tənzimlənməsi və xidmətlərin səviyyəsinə nəzarətin edilməsi məqsədi ilə keçirilən monitorinqlər haqqıonda da məlumat verib.






