Logo

Manatla bağlı xoş xəbər

Manatla bağlı xoş xəbər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Manatın məzənnəsində sabitlik gözlənilir

İlin əvvəlində manatın devalvasiyasından sonra onun məzənnəsini sabit saxlamaq üçün Mərkəzi Bank tərəfindən müəyyən tədbirlər görüldü. Aprel ayına qədər mərkəzi bankın valyuta ehtiyatları azalırdı, may və iyundan etibarən valyuta ehtiyatları sabit qaldı. Bu isə manatın məzənnəsi baxımından müsbət proqnozlar verməyə imkan yaradır.

Mərkəzi Bankın valyuta ehtiyatlarının may ayından sonra sabit qalması həm valyuta bazarı, həm də manatın məzənnəsi üçün müsbət siqnal kimi qiymətləndirilə bilər.

İqtisadçılar deyir ki, manatın məzənnəsi həm dollar, həm də avroya münasibətdə sabit qalacaq. Milli valyutamız hazırkı dəyərini qoruyacaq.

Manata təsir edən amillərdən biri də avronun məzənəsidir. May-iyun aylarında mərkəzi bankın səbətində avronun payı artması müşahidə edilir. Avronun dünya valyuta bazarındakı dəyəri bahalaşanda manat dollara nisbətdə möhkəmlənir, əks halda isə manatda ucuzlama müşahidə olunur. Pronozlara görə avroda ucuzlaşma gözlənilmir. Ona görə ki, Yunanıstan xaric əsas avropa ölkələrində iqtisadi durum müsbət qiymətləndirilir.

Manatın məzənnəsidə əsas faktorlardan biri neftin dünya bazarındakı qiymətidir. Belə ki, neftin bazar qiyməti ölkəyə daxil olan xarici valyutanın həcmini müəyyənləşdirir. Bununla bağlı proqnozlar ümidvericidir

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR