Logo

Vüsalə Mahirqızı yeni agentlik yaradır? - AÇIQLAMA

Vüsalə Mahirqızı yeni agentlik yaradır? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fəaliyyətini dayandırmış "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızının yaxın günlərdə yeni informasiya agentliyi yaradacağı barədə məlumat yayılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ONA.Az domeni ilə fəaliyyət göstərəcək yeni İnformasiya Agentliyinin işçi heyəti əsasən "APA Holdinq"in keçmiş kollektivi əsasında qurulacaq.

Yeni domen "APA-Holdinq"in keçmiş işçisi Zaur Xəlilovun adına artıq qeydiyyatdan keçib.

Holdinqin sabiq işçilərindən biri demokrat.az-a açıqlamasında yeni informasiya agentliyinin açılmaqda olduğunu və artıq onlara işə çıxmaları ilə bağlı tapşırıq gəldiyini təsdiqləyib.

Amma V.Mahirqızı demokrat.az-a açıqlamasında xəbərin doğru olmadığını söyləyib.

O, "APA Holdinq" fəaliyyətini bərpa edəcəyi barədə xəbərin səhv olduğunu deyib:

"Hazırda bizim fəaliyyətimiz var, ancaq bu media sahəsində deyil. "APA Holdinq"-in bərpa olunacağı barədə xəbərlər səhvdir".

Vüsalə Mahirqızı yeni agentlik yaradır? - AÇIQLAMA
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR