“Məni Qarabağda dəfn edin”- Məşhur yazıçı
17:57 / 13.02.2019
2744
Rusiyanın məşhur yazıçısı Eduard Limonov Qarabağda dəfn olunmasını istəyir.
Sfera.az xəbər verir ki, yazıçı bunu bloqunda və "Facebook” hesabında yazıb.
Bloqunda yazar xatıladıb ki, fransız yazıçısı Jan Jene Fransaya ikrah etdiyində Mərakeşdə basdırılmasını vəsiyyət etmişdi. Limonov hakimiyyətin və liberalların onun haqqında tamamilə susmasından da gileylənib.
"Bizdə Brodski msələsində başa düşmədilər, ya da başa düşmək istəmədilər. ABŞ-da da həmçinin. Brodski də Amerikaya da tüpürdü, Rusiyaya da. Venesiyada da dəfn olunmağı vəsiyyət etdi. Və hazırda orada razı halda yatır”.