Azərbaycanın varlı balaları Kannda necə istirahət edir - FOTOLAR

Azərbaycanın varlı balaları Kannda necə istirahət edir -  FOTOLAR
Azərbaycanın varlı balalarının ölkədəki dəbdəbəli yaşayış tərzindən media hər zaman yazır. Onların Bakı küçələrində şütüyən və dəyəri bir neçə 100 min dollar olan avtomobilləri də hər zaman göz önündə olub. Amma bu dəfə onların səsi Fransanın Kann şəhərindən gəlir. 
 
Sfera.az faktxəbər-in məlumatına istinadən bildirir ki, Fransanın cənubunda yerləşən Kanna kurort şəhərində Azərbaycan dövlət nömrə nişanları olan avtomobillərin fotoları yayılıb. Gözqamaşdıran bahalı maşınların sahibləri uzun yol qət edərək əyləncə axtarışına çıxıblar. Onlar təxminən 4500 km yol gedərək Kann şəhərinə çatıblar. "Mercedes SLS", "Bentley Continental" və "Lamborghini Aventador" markalı maşınlar plyaj yaxınlığında səliqəli şəkildə park edilib.

OXŞAR XƏBƏRLƏR