Logo

"Facebook" üçölçülü virtual reallıq xidmətini işə salacaq

"Facebook" üçölçülü virtual reallıq xidmətini işə salacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Facebook" şirkəti internetdə yeni kommunikasiya növünü (üçölçülü virtual reallıq) inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Şirkətin rəhbəri Mark Zukerberqin planlarına əsasən, 2016-cı ilin birinci yarısında "Facebook" şəbəkəsində virtual reallıq platforması yaradılacaq. Mütəxəssislərin fikrincə "Facebook" virtual reallıq proqramlarını ilk işə salsa dünya şəbəkəsində rəqiblərini geridə qoyacaq.

Sfera.az gecce.az-a istinadən aldığı məlumata görə, bu haqda cari ilin ikinci rübündə "Facebook" şirkətinin nəticələrinə həsr edilən konfransda Mark Zukerberq deyib.

"Hesab edirəm ki, videodan sonra üçölçülü informasiya məkanı növbəti yenilik olacaq. İnsanlar həmişə öz fikirlərini paylaşmaq və kommunikasiya üçün yeni imkanlar axtarıblar. Biz fotodan videoya keçdik. Ancaq bu, hələ son deyil. Növbəti yenilik üçölçülü virtual reallıqdır", - deyə M.Zukerberq qeyd edib.

Ötən ilin yazında "Facebook" "Oculus Rift" virtual reallıq şleminin yaradıcısı kimi tanınan "Oculus VR" şirkətini 2 milyard dollara satın alıb. Hazırda "Facebook" bu texnologiyanın təkmilləşdirilməsinə böyük vəsait yatırır.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR