Logo

AzTV-nin yeni sədri tanınmış diktorla müqavilə imzaladı - İşinə davam edəcək...

AzTV-nin yeni sədri tanınmış diktorla müqavilə imzaladı - İşinə davam edəcək...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AzTV-nin yeni sədri Rövşən Məmmədov tanınmış diktor Eldost Bayramlının işinə  davam etməsi üçün yeni müqavilə imzalayıb. Bu haqda açıqlamasında E.Bayramlının özü məlumat verib. Onun sözlərinə görə, 2009-cu ildən təqaüddə olmasına baxmayaraq o, bu günə kimi televiziyadakı fəaliyyətinə davam edir:

"2009-cu ildən təqaüddəyəm, amma buna baxmayaraq, A.Alışanov məni televizayada saxlamışdı. Bu gün yeni sədr Rövşən Məmmədov da müqavilə imzaladı. Öz peşəmi davam etdirirəm. Fərq ondandır ki, birbaşa efirə çıxmıram. Xalq yaradıcılığı redaksiyasının verilişlərini oxuyuram. Rəhmətlik Zakir Sadatlı sağ olanda pulsuz olaraq 16 veriliş oxuyurdum, amma sonra gördüm ki, əziyyət olur, yaşım da keçib. İndi radioda iki verilişim var "Hərb tarixi” və bir də "Azərbaycan əsgəri” verilişlərini oxuyuram. Bu verilişləri televizyada da oxuyurdum. Hələ ki, bunları saxlayıblar, təzə sədr necə edəcək onu bilmirəm. Televiziyada oxuduqlarımdan respublikamızın ziyalılarından bəhs edən "Ziyalı” verilişi qalıb. Dilarə xanım mətnini hazırlayır və mən onun kadr arxası oxuyuram”. Moderator

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR