Logo

Neftin qiyməti yenə düşdü

Neftin qiyməti yenə düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşıb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,78% ucuzlaşaraq 47,17 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2,12% azalaraq 52,18 dollar olub.

Qeyd edilir ki, neftin qiymətinin kəskin düşməsi ABŞ-da mədən üçün qazma qurğularının sayının artmasıdır.

ABŞ-ın Baker Hughes şirkətinin məlumatına əsasən, bu qurğuların sayı 5 ədəd çoxalaraq 664-ə çatdırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR