Logo

Zəlzələdən sonra Şamaxıya təbii qaz hələ də verilməyib - AÇIQLAMA

Zəlzələdən sonra Şamaxıya təbii qaz hələ də verilməyib - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fevralın 5-də gecə saat 12 radələrində Dağlıq Şirvan iqtisadi rayonunda baş vermiş zəlzələnin təsirindən Şamaxı rayonunda 5 nöqtədə küçə qaz xətləri zədələnib.

"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bununla bağlı Ağsu Regional Qaz İstismarı İdarəsinə məlumat daxil olan kimi Şamaxı rayonunun qaz təchizatı dayandırılıb və əməliyyat qrupunun əməkdaşları zəlzələ nəticəsində zədələnmiş, qırılmış qaz xətlərinə baxış keçiriblər.

Şamaxı rayonunun əhalisinin təbii qaz təchizatında yaranmış fasilənin tez bir zamanda aradan qaldırılması üçün artıq "Azəriqaz” İstehsalat Birliyinin aidiyyəti qurumları tərəfindən səhər saatlarından zədələnmiş qaz kəmərlərində təmir-bərpa işləri aparılır və işlərin günorta saatlarına kimi başa çatdırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra Şamaxı rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişi tam bərpa olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR