“Vicdanlarını itirmiş ünsürlərin təhqirinə dözmək qeyri-mümkündür” - Əli Əhmədov

“Vicdanlarını itirmiş ünsürlərin təhqirinə dözmək qeyri-mümkündür” - Əli Əhmədov
"Qaragüruhçu müxalifət və bu gün Avropada antiazərbaycançı şəbəkənin buyruq quluna çevrilmiş sapı özümüzdən olan baltalar sosial şəbəkələrin imkanlarından sui-istifadə edərək Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər. Amma bunun da bir fayda vermədiyini görürlər. Çünki neçə ildir yalan, böhtan atmaqla insanların düşüncələrini zəhərləmək niyyətlərinin baş tutmadığını anlayırlar”.

Bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibi - sədr müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, həmin şəxslər mənəviyyatsız addımlara əl atır, insanlara qarşı mənəvi terror həyata keçirirlər: "Ləyaqət və etika anlayışı ilə bir araya sığmayan ifadələr işlədərək ayrı-ayrı insanları mənəvi terrora məruz qoymaqdan ibarət bir yol seçiblər. Ləyaqətli insanlara, Azərbaycan dövlətinə və onun başçısına qarşı mənəviyyatsız hərəkət edirlər. Azərbaycana ləkə yaxmaq istəyənlər, ölkə rəhbərinə böhtan atanlar əslində vicdanlarını itirmiş ünsürlərdir. Bununla da onlar ölkə üçün əslində qara ləkəyə çevriliblər. Lakin bu cür ləyaqətsiz hərəkətlər insanların düşüncəsinə təsir etmək gücünə malik deyil. Çünki onların belə əməlləri sağlam düşüncəli hər kəsi qıcıqlandırır, qəzəbləndirir.

Ə.Əhmədov vurğulayıb ki, bu təhqirlərə və mənəvi terrora bundan sonra da dözmək qeyri-mümkündür: "Hesab edirəm ki, hüquqşünaslar, informasiya texnologiyaları sahəsində mütəxəssislər bu halların qarşısının alınması üçün düşünəcəklər və belə əməllərin təkrarlanmaması üçün bir yol tapılacaq”. (Report)

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...