Logo

Səhiyyə Nazirliyi: Zəlzələ zamanı 1 nəfərin dili tutulub, 1-nin beyninə qan sızıb

Səhiyyə Nazirliyi: Zəlzələ zamanı 1 nəfərin dili tutulub, 1-nin beyninə qan sızıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şamaxı Mərkəzi Xəstəxana zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb.

Sfera.az bildirir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət edilib, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib:

"Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər cavan adamın həyacandan dili tutulub. O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. Bir nəfərin həyacandan beyninə qan sızıb. Həmin şəxsin 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymatləndirilir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR