20 milyardı var, 7 dollarlıq kofta geyinir - XƏSİS VARLILAR

20 milyardı var, 7 dollarlıq kofta geyinir - XƏSİS VARLILAR

Milyarder iş adamları, dünyanın ən çox qazanan ulduzları pullarını nəyə xərcləyir? Onlar arasında özəl adası, təyyarəsi olan da, 7 dollarlıq libasla gəzən də var. Milyarderlərin pullarını nəyə xərclədiyini təqdim edir:   Nə təyyarəsi var, nə yaxtası   Karlos Slim Helu dünyanın ən varlı adamıdır. 75 milyart dollar sərvəti var. Onun nə adası, nə təyyarəsi, nə maşınları var. 5 yataq otağı olan 2 mərtəbəli evdə yaşayır, 10 ildir eyni maşını sürür.  60 ildir bu evdə yaşayır Uarren Buffet 70 milyart sərvətə sahibdir. "Forbes"in 2008-ci ildəki siyahısında "Dünyanın ən varlı adamı" seçilib. Pulun onun üçün heç bir əhəmiyyəti yoxdur. Hələ də 1958-ci ildə 31 min dollara aldığı ikimərtəbəli evdə yaşayır. Mənzilin hazırki qiyməti 200 min dollardır.  30 minlik maşın sürür "Facebook"un yaradıcısı Mark Zukerberg dünyanın ən özəl insanları siyahısındadır. Sərvəti 20 milyart dollardan çoxdur. Amma 30 minlik maşın sürür. Əyninə isə 7 dollarlıq kofta geyinir. Ayağındakı ayaqqabının qiyməti isə 30 dollardır.  Alış-veriş etməmək üçün üstündə pul saxlamır 87 yaşındakı T. Boone Pikensizn 3 milyard dollar sərvəti var. Tələbə olduğu dövrlərdən indiyənə kimi üstündə artıq pul gəzdirmir. Evdən çıxmazdan əvvəl xərcləyəcəyi pulu hesablayır və o miqdarı cibinə qoyur. Kredit kartı da istifadə etmir. Yanında pul xərcləyəcək köməkçisi də yoxdur.  Endirim arxasınca qaçan 3 ulduz Hillari Suanks, Ledi Qaqa, Kristen Bell il ərzində 1 milyondan çox pul qazanır. Hər üçü də endirim axtarışındadır. Hillari bu xüsusiyyəti ilə fəxr etdiyini bildirib. Uşaqlığı kasıblıq içində keçən Suanks mağazalardakı endirimləri izlədiyini vurğulayıb. Ən çox qazanan müğənni Ledi Qaqa dəfələrlə bazarda və endirimdə olan mağazalarda görüntülənib. Menyudakı ən ucuz ikinci şərab Çuk Feeney "Duty Free"nin yaradıcısıdır. Dünyanın ən çox xeyriyyə işi ilə məşğul olan insanıdır. Uşaq və sağlamlıq mərkəzlərinə, dərnəklərə 4 milyartdan çox yardım edib. Nə geyiminə, nə də yeyib-içməyə pul xərcləyir. Restoranda menyudakı ən ucuz şərabı sifariş edir.  Markasının ən ucuz məhsullarını istifadə edir İKEA-nın yaradıcısı İngvar Kamprad 4 milyard dollar sərvətə sahibdir. Evi İKEA-nın ən ucuz əşyaları ilə dekorasiya edilib. Restorana gedərkən şam yeməyinə 50 dollardan artıq pul ödəmir. Mağazaların endirimlərindən istifadə edir.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...