“8 ildir Hepatit C -dən əziyyət çəkirəm…”

“8 ildir Hepatit C -dən əziyyət çəkirəm…”

Şair-yazıçı Kənan Hacının səhhətində ağır problemlər yaranıb. Sfera.az xəbər verir ki, bu barədə AzNews.az-a özü məlumat verib. 8 ildir Hepatit C xəstəliyindən əziyyət çəkən Kənan Hacı maddi problemi olduğundan müalicə ala bilmir: 

“Vəziyyətim pis idi. Baxdım ki, ayaq üstə dayana bilmirəm. Getdim həkimə, dedilər ki, səndə Hepatit C xəstəliyi var. İnanmadım, bir neçə yerdə analiz verdim, xəstəlik təsdiqləndi. Xəstəliklə əlaqədar bir müddət yüngülvari müalicə aldım. Amma indi təkrar müalicəyə ehtiyacım var. Bu xəstəlik elədir ki, həmişə həkim nəzarətində olmalısan. Mənim isə müalicə olunmaq üçün problemlərim var. Pulum olmadığından uzun müddətdir ki, müalicə ala bilmirəm. Bunun da nəticəsində iş qabiliyyətimi itirirəm, ayaqlarım tutulur, yuxusuzluqdan əsəblərim korlanıb”.

K.Hacı deyir ki, xəstəlik qara ciyərini parçalayır: 

“Ya Azərbaycanda, ya da xarici ölkələrin birində müalicə olunmalıyam. 6 aylıq müalicə üçün 15 min manat lazımdır. Xəstəliyin dərmanları bahadır, onu almağa imkanım yoxdur”. 

Şair müalicə ilə əlaqədar bir neçə yerə müraciət etsə də konkret olaraq, cavab almayıb:

“Söz veriblər, amma ortada heç nə yoxdur. Xahiş edirəm, ilk öncə dövlətimdən, sonra imkanlı şəxslərdən mənə kömək edin, vaxtında bu xəstəlikdən qurtula bilim”. 


OXŞAR XƏBƏRLƏR

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsi tibb dünyasını təəccübləndirib

Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.   G...

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...