Yolu burdan keçənlərə xəbərdarlıq - Təmir var
Kateqoriya məlum deyil
Sabahdan etibarən Xocahəsən-Lökbatan avtomobil yolunda təmir-bərpa işlərinə başlanılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir-bərpa avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.
Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.






