Logo

Oqtay Əsədov deputatlara irad tutdu: Səsvermədə iştirak etmirsiniz

Oqtay Əsədov deputatlara irad tutdu: Səsvermədə iştirak etmirsiniz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Milli Məclisinnövbəti - 2019-cu il yaz sessiyası öz işinə başlayıb.

Oxu.Az xəbər verir ki, spiker Oqtay Əsədov çıxışında qeyd edib ki, Milli Məclis prezident İlham Əliyevin apardığı xarici və daxili siyasəti yüksək səviyyədə müdafiə edib:

"Belə ki, qanunvericilik bazası möhkəmləndirilib.Hesab edirəm ki, yaz sessiyası da məhsuldar və səmərəli olacaq”.

O bildirib ki, bir çox qanun layihələri, o cümlədən, baş nazirin, ombudsmanın, bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin və insan alverinə qarşı milli koordinatorun hesabatı dinləniləcək.

Qeyd edək ki, spiker iclasın elə ilk başlanğıcında deputatlara iradını bildirib:

"Hələ sessiyaya bu gün başlamışıq. Zalda 115 nəfər var. Amma səsvermədə diqqətli deyilsiniz və iştirak etmirsiniz. Xahiş edirəm, diqqətli olun”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR