Logo

Bürclər bu günə vəd edir?

Bürclər bu günə vəd edir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
QOÇ - Ümumi məziyyətlərinə görə düşərli gün hesab etmək olar. Bir tərəfdən maraqlı insanlarla görüşləriniz, digər tərəfdənsə şəxsi işlərinizdə baş qaldıran müsbət dönüş sizi sevindirəcək..

BUĞA - Yeni əlaqələrə başlamaq üçün konkret addımlar atmağa dəyər. Amma hansısa məsələyə görə ciddi məbləğdə xərc çəkməyə lüzum yoxdur. Rəhbərliklə münasibətləri mülayimləşdirin.

ƏKİZLƏR - Ulduzların düzümü ixtiyarınızda olan bu təqvimdə xoş məqamların şahidi olacağınızı bəyan edir. Lakin bunlar təxminən saat 15-dən sonra olacaq. O vaxta qədərsə maksimum ehtiyatlı olmalısınız.

XƏRÇƏNG - 2019-cu ilin bəxtinizə düşən ən uğurlu ayı artıq yetişib. Bunu elə ilk gündən özünüz də hiss edəcəksiniz. Xüsusən də günortadan sonra uğurlu məqamlarınız artacaq. Hər mənada diqqətli olun.

ŞİR - Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. Boş məsrəflərə ciddi pul xərcləməyin. Hər hansı riskdən uzaq olun. Vaxt tapsanız, müqəddəs ziyarətgahlarımızdan birinə baş çəkin.

QIZ - Bu qısa ay şəxsi taleyinizdə əsaslı rol oynayacaq. Konkret bu günsə təhlükəsizliyinizi təmin etməli, nəqliyyat və digər avadanlıqlardan ehtiyatlı davranmalısınız. Səfərə çıxmayın.

TƏRƏZİ - Fevralın bu təqvimi sizin üçün bir qədər mübahisəli keçə bilər. Odur ki, maksimum təmkin nümayiş etdirməyiniz vacibdir. Saat 15-18 radələrində təzə xəbərlər eşidəcəksiniz.

ƏQRƏB - Maddi durumunuzun dirçələcəyinə əmin ola bilərsiniz. Günün ikinci yarısında əsas vaxtınızı yalnız bu amilə ayırın. Ağlınız kəsməyən işlərə girişməyin. Axşam evə tez gedin.

OXATAN - Sağlıq durumunuz imkan versə, bu təqvimi bütünlüklə istirahətə həsr edin. Qonaqlıqlar, birgə gəzintilər, yaxın səfərlər sizə yalnız ruh yüksəkliyi gətirə bilər. Gecəni öz evinizdə keçirin.

OĞLAQ - Səhər saatlarından bürcünüzdə qərar tutan mənfi enerjili Ay səhhətinizlə bağlı problemlər yarada bilər. Buna baxmayaraq, nəzərdə tutduğunuz planların həlli üçün saat 13-ə qədər vaxtınız olacaq.

SUTÖKƏN - Maliyyə problemlərinizin artdığı bir ərəfədə özünüzü üzməməlisiniz. Çünki Göy qübbəsi bunun qısa zamanı əhatə edəcəyini bildirir. Axşamsa qonaq getmək üçün şansınız yaranacaq.

BALIQLAR - Qarşınızda duran bu tarix daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək. İşgüzar görüşlərdə iştirak etmək üçün böyük şanslarınız olacaq. Fəaliyyətinizdə də müvəffəqiyyətlər mümkündür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR