Rəqsanənin gözəllik salonu: "Qiymətlər münasibdir" - fotolar

Rəqsanənin gözəllik salonu:  "Qiymətlər münasibdir" - fotolar

Müğənni Rəqsanə İsmayılova "YAR" adlı gözəllik salonunu xanımların ixtiyarına verib. 

 Axşam.az-a   açıqlamasında sənətçi mərkəzin özəlliklərindən danışıb: 

"Salonumuz 10 gündür fəaliyyət göstərir. Bacım Moskvada, Türkiyədə kurslara gedib, uzun illərdir vizajistliyi bacarır. İstədim gözəllik salonu açıb, ona verim, işlətsin. Burada xanımlarımızın istirahəti üçün hər bir şərait qurulub. Qızlar salonumuzda lazım olan bütün xidmətlərdən istifadə edib, gözəlləşib çıxacaqlar. "YAR" studiyanın özəlliyi ondan ibarətdir ki, hər bir müştərinin büdcəsinə uyğundur. Gəlinin bəzədilməsini isə çox aşağı qiymətə edirik. Toyu olacaq qızlarımız 150-200 manat ödəməklə, saç-makiyaj etdirəcəklər.  İstəyirəm, ailə quran gənclərimizi sevindirim. Ustalarımız hamısı öz işinin peşəkarıdır. Gələcəkdə salonum daha böyük olacaq".

Xidmətlər: 

Saç düzümü və kəsimi 

Hər növ makiyaj 

Manikür, pedikür, dırnaq qaynağı 

Solyari 

LPG massaj 

Kosmetoloq xidmətləri 

Sellülit əleyhinə vasitələr 

Lazer

Permanent qaş

Xınayaxdı mərasiminin təşkili

Ünvan: Bül-Bül 79

Tel.: 


OXŞAR XƏBƏRLƏR