Logo

Nazir: "İxtisarlar olacaq"

Nazir: "İxtisarlar olacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mədəniyyət və Turizm Nazirliyi Avropa İttifaqı (Aİ) ilə birgə mədəniyyət sahəsində idarəolunma üzrə təkmilləşdirilmələr aparacaq.

Trend bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib: "Nazirlik 10 ildir ki, fəaliyyət göstərir. Bu müddətdə turizmin idarə olunması sahəsində Avropa İttifaqının tvinniq layihəsi həyata keçirildi. İndi isə biz Aİ ilə mədəniyyətdə idarəolunma sahəsində təkmilləşdirilməyə başlayırıq. Bunlar hamısı təbii proseslərdir".

Nazir qeyd edib ki, ötən ilin sonunda nazirlik tərəfindən strukturda islahatlar keçirildi: "Bu proses də davam edəcək. Lazım olduqda işləməyən müəssisələr ixtisar olunacaq. Amma eyni zamanda, işləyən, yeni, müasir üsulla çalışan müəssisələrin inkişafına, sözsüz ki, təkan verəcəyik".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR