Fazil Mustafa siqaret çəkən dindarları qınadı

Fazil Mustafa siqaret çəkən dindarları qınadı

"Siqaret çəkən dindarları, ümumiyyətlə, anlamaqda zorluq çəkirəm. İmandan danışa-danışa bir növ uyuşdurucu sayılan siqaretə baş vurmaq imanın zəifliyinin birinci şərtidir".

Bu fikirləri millət vəkili Fazil Mustafa şəxsi facebook səhifəsində yazıb.

O qeyd edib ki, bu məsələnin qarşısının alınması, siqaretdən istifadənin məhdudlaşdırılması yalnız qanunlarla, cərimələrlə də mümkün deyil.

 

"Xərçəng hüceyrələri ilə bağlı apardığı araşdırmalara görə Nobel mükafatı almış Əziz Sancardan soruşurlar ki, bu qədər tədqiqat aparmısınız, xərçəngdən qorunmanın birinci şərti nədir?

Qısa, lakonik cavab verir: siqaretə yaxın durmayın.

İndi bilirəm ki, insanlardan bəzisi deyəcək ki, filankəs siqaret çəkmirdi, ancaq bu problemlə üzləşdi, əlbəttə, bu da bir gerçəkdir, lakin ən çox xərçəngə insanı yaxınlaşdıranın siqaret olduğunu alimlər müəyyənləşdiriblər.

Bir şeyi də qeyd edim ki, dünyada ən məzmunsuz siqareti, bəlkə də, Türkiyədə, xüsusilə qadınlar çəkirlər. Türkiyə cəmiyyətində ən zəhləm gedən şey gənc qızların kütləvi şəkildə siqaret çəkməyidir.

Universitetin qarşısında onlarla qızın siqareti məhz moda olaraq istifadə etdiyini sezirsən. Sabah ana olacaq bu insanların valideynləri necə olur ki, bu cür davranışların qarşısını almağa səy göstərmirlər?

Azərbaycanda heç olmazsa bu cür toplum içində açıq formada qızlar siqaret çəkməyə risk etmirlər. 

Türkiyə Dəyanət Vəqfi başqanının son addımını, yəni Həcc ziyarətinə siqaret çəkən din adamlarının aparılmayacağını bəyan etməsini də təqdirlə qarşılayıram. Əslində, bu tərbiyəvi məqsədlə atılan bir addımdır. Hər birimiz çevrəmizdəki əlçatan insanları inandıraraq siqaretdən uzaqlaşdırmalıyıq.

Yalnız qanunlarla, cəriməllərlə bu iş yürüməz”, - deyə millət vəkili əlavə edib.


OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...