Logo

Qəddafinin oğlunu həbsxanada belə döydülər - VİDEO

Qəddafinin oğlunu həbsxanada belə döydülər - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Liviya Prokurorluğu internetdə sabiq Liviya lideri Müəmmər Qəddafinin oğlunun Tripoli həbsxanasında döyülməsini əks etdirən video görüntünün yayılmasından sonra araşdırmalara başlayıb.

Bu haqda Sfera.az "Reuters"-ə istinadən xəbər verir.

Görüntülərdə hüquq-mühafizə orqanları əməkdaşlarının 42 yaşlı Saadi Qəddafini sifət nahiyəsindən vurmaları əks olunur. Daha sonra polislər onun ayaqlarını boruya bağlayaraq döyürlər.

Tripoli prokuroru məsuliyyətə cəlb etmək məqsədilə videoda əks olunan hüquq-mühafizə orqanları əməkdaşlarını tapacağını açıqlayıb.

`Human Rights Watch` təşkilatı belə bir videonun yayılmasından sonra öz narahatlığını bildirib. Qurumun Yaxın Şərq üzrə direktorunun müavini Co Storkun sözlərinə görə, yayılan video `Əl-Hadba` həbsxanasında saxlanılan Saadi əl Qəddafi və digər saxlanılan şəxslərin sorğulanması zamanı istifadə olunan metodlara dair ciddi narahatlıq doğurur`.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR