Azərbaycanlı idmançı canlı əfsanəni belə döydü - VİDEO
İdmançımızın qanlı döyüşü sensasiya yaradıb.
Honq Konqda muay-tay üzrə “Top King World Series” adlı dörd ən güclü idmançının iştirak etdiyi nüfuzlu turnirə yekun vurulub.
İlk yarımfinalda azərbaycanlı döyüşçü “Best of the Best” promoşn qrupunun üzvü Xəyal Caniyev Tailand boksunun canlı əfsanəsi, dünyanın ən güclü muay-tay döyüşçüsü Buakav Bançameklə üz-üzə gəlib.
İlk raund zamanı X.Caniyevin güclü zərbəsinin qarşısını ala bilməyən B.Bançamek başından ciddi zədə alıb. Bununla belə döyüş dayandırılmayıb. Üç raundluq görüş zamanı azərbaycanlı idmançı titullu rəqibini bütün komponentlərdə üstələyib.
Yekunda uzun illər məğlubiyyət acısı yaşamayan Buakav Xəyal Caniyevə uduzub. Hakimlər yekdilliklə Xəyal Caniyevin qələbə qazandığını təsdiqləyiblər. “Best of the Best” promoşnun üzvünün qələbəsi dünyada böyük sensasiya kimi qəbul edilib.
Tailand mətbuatı əfsanəvi idmançıları Buakav Bençamekin məğlubiyyətinə inanmaq istəmədiklərini yazıb.
Qeyd edək ki, 21 yaşlı Xəyal Caniyev Azərbaycanın “Best of The Best” promoşn qrupunun üzvüdür. K-1 brendinin sahibi olan promoşnun prezidenti Elnur Məmmədovun rəhbərliyi altında təşkilatda onlarla perspektivli idmançı məşq edir. Ötən il Buakav Bençamek Bakıda keçirilən K-1 World Max-da iştirak edib və inamlı qələbə qazanıb.