"Premium Bank" Mobil və İnternet Bankçılıq xidmətlərini yeniləyib
Kateqoriya məlum deyil
"Premium Bank" hüquqi şəxslər və fərdi sahibkarlar üçün mobil və internet bankçılıq xidmətlərinin yenilənmiş versiyasını təqdim edib.

Bankın yaydığı məlumata görə, yenilənmiş versiya geniş imkanlara malikdir və istifadəsi çox rahatdır.
"Premium Internet-Banking" banka gəlmədən müxtəlif xidmətlər göstərən geniş siyahılı təchizatçıların ünvanına sərbəst ödənişlər etmək imkanı verən müasir bank xidməti növüdür. Müştəridən tələb olunan sadəcə heç bir əlavə proqram təminatı quraşdırmadan istənilən kompyuterdən internet şəbəkəsinə girişin əlçatan olmasıdır.
Premium Internet-Banking: //online.premiumbank.az
Mobil qurğu istifadəçiləri üçün isə Premium Mobile Bank tətbiqinin App Store/Play marketdən yüklənilməsi kifayət edir:
-Android - //play.google.com/store/apps/details?id=az.premiumbank.mobile
-iOS - //itunes.apple.com/us/app/premium-bank/id1448029593?mt=8






