“Atabank” ötən ili mənfəətlə başa vurub
"Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 81,5% və yaxud 5,4 dəfə azdır.
Ötən il "Atabank”ın gəlirləri 45,55 milyon manat, o cümlədən faiz gəlirləri 40,358 milyon manat, qeyri-faiz gəlirləri 5,192 milyon manat, xərcləri 51,333 milyon manat, o cümlədən faiz xərcləri 25,045 milyon manat, qeyri-faiz xərcləri 26,288 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 6,707 milyon manat, mənfəət vergisi ödəmələri isə 858 min manat təşkil edib.
Bu il yanvarın 1-nə "Atabank”ın aktivləri 581,11 milyon manat olub ki, bu da illik müqayisədə 7,2% azdır. Bunun 385,596 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə Bankın kredit portfeli 7,2% kiçilib.
Hesabat dövründə "Atabank”ın öhdəlikləri 8,5% azalaraq 438,58 milyon manata düşüb. Bunun 307,951 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 6,5% kiçilib.
İl ərzində "Atabank”ın balans kapitalı isə 2,7% azalaraq 142,53 milyon manat təşkil edib.






