Ağır qəzaların kəskin istilərlə birbaşa əlaqəsi var – Ara məsafəsi saxlayın

Ağır qəzaların kəskin istilərlə birbaşa əlaqəsi var –  Ara məsafəsi saxlayın

Qızmar yay günlərində yollarda hərəkəti təhlükəli edən daha bir səbəb ilişmənin pisləşməsidir

«Sürücü dostlar, belə hərarətdə doğrudan da, diqqətli olmalısınız. Belə istidə normal işləyən kondisioneri olmayan avtomobillə yola çıxmaq əsl təhlükədir. Pəncərəni açıq qoyub sürmək də sizi aldatmasın». Sfera.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu fikirləri yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov açıqlayıb. O bildirib ki, belə qızmar havada ən çox qızan yol örtüyüdür, ona görə də açıq pəncərədən icəri yalnız isti və quru hava daxil olur. Nəticədə insan orqanizmi rütubəti (suyu) daha çox və sürətlə itirir, həm də qızmar hava axını bədən temperaturunu saxlamağı xeyli çətinləşdirir. Qısa müddətə yorğunluq əmələ gəlir, reaksiyalar zəifləyir. Bu isə faciəli qəzalara səbəb ola bilər. Ona görə də kondisionersiz avtomobillə günün isti vaxtı (11.00-19.00 aralığı) yarım saatdan artıq davam edən səyahət təhlükəli ola bilər: «Unutmayın, son günlər ölkə yollarındakı ağıq qəzaların kəskin istilərlə birbaşa əlaqəsi var».

Bundan əlavə, qızmar yay günlərində yollarda hərəkəti təhlükəli edən daha bir səbəb ilişmənin pisləşməsidir. Bunun nəticəsində tormozlanma çətinləşir, yəni tormoz məsafəsi artır. Məlumdur ki, asfalt və ya asfalt-beton yol belə havada 70-80 (bəzən daha çox) dərəcə selsi qıza bilər. Bu səbəbdən asfaltın tərkibindəki bitum cüzi də olsa üzə çixmaqla sürüşkən təbəqə yarada bilər. Bu isə ilişmənin əhəmiyyətli dərəcədə pisləşməsi deməkdir. Belə qızmar havada təkərlərin özləri də daha çox qızır. Düzdür, sanballı istehsalçılar bunu nəzərə alırlar, amma yenə də təkərin özünün qızması da ilişməni pisləşdirir.

Ona görə də qızmar havada, xüsusən bitumu görünən, yaxud təzə çəkilmiş (qap-qara rəngdə olan) yollarda ehtiyatlı olun, ara məsafəsini daha artıq saxlayın, habelə yüksək sürətdən və sərt manevrlərdən çəkinin.


OXŞAR XƏBƏRLƏR

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsi tibb dünyasını təəccübləndirib

Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.   G...

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...