Polisdən yolda camaatı aldadan sürücü ilə bağlı - Açıqlama
Sfera.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov modern.az-a açıqlamasında bildirib ki, dələduzluqla bağlı məsələlər aidiyyəti üzrə həll olunur və bu kimi hadisələrin təkrar olunmaması üçün təbliğat aparılmalıdır.
“Hər deyilənə aldanmaq lazım deyil. Aldatma yolu ilə vətəndaşların mülklərini əldə etmək istəyənlər var. Bəzən təbliğat yolu ilə insanları başa salmaq mümkündür və indi kimsə kimisə aldadırsa, bunun əvvəl-axır üstü açılır, aidiyyəti qurumlar üzrə tədbirlər görülür”.
Bu günə kimi belə faktların açılmamasını V.Əsədov həmin şəxslər barəsində şikayət edilməməsilə əlaqələndirib.
“Yolun kənarında vətəndaş aldadıcı formada özünü göstərib 3-5 manat pul istəyir. İmkanı olan şəxs də verir, sonra da gedib şikayət etmir ki, filan sürücü məndən pul istədi. Vətəndaşın xahişi əsasında bir nəfər digərinə kömək edirsə, bunu dilə gətirmir. İndi dediyiniz sürücü bir səhnə yaradıb xahiş edirsə ki, “mənə kömək et”, imkanı olan şəxs də yardım göstərir, amma heç ağlına da gətirmir ki, onu aldadırlar”.