“Ölkə başçısı bu məsələyə xüsusi diqqət göstərir" - Açıqlama
Kateqoriya məlum deyil
Ölkə başçısı hər zaman sosial məsələlər ətrafında müzakirələrdən sonra xalqın xeyrinə qərar verir. Şəhid ailələri cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya birdəfəlik müavinətlə bağlı təkliflər irəli sürəndən sonra ölkə başçısı məsələni nəzarətə götürdü, hazırlanan layihə yenidən incələndi. İlham Əliyev şəhid ailələri ilə görüşündə vurğuladı ki, vaxtilə onlara verilən kompensasiyalar bu günün məzənnəsi ilə uyğunlaşmır və buradan nəticə çıxarılaraq? 10 minə yaxın şəhid ailəsinin hər birinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsini nəzərdə tutan mühüm bir fərman imzalandı.
Bu sözləri Teleqraf.com-a açıqlamasında "Hilal” İctimai Birliyinin rəhbəri Arzuman Abdulkərimov bildirib.
Onun sözlərinə görə, fərmana əsasən. yenidən şəhid ailələrinin hər birinə 11 min manat birdəfəlik müavinət ödəniləcək: "Cənab Prezident görüşdə iştirak edən ailələrə plastik kartları şəxsən təqdim etdi. Bu, onu göstərir ki, ölkə başçısı bu məsələyə xüsusi diqqət göstərir. Dövlət rəhbərinin bu addımını təqdir edir, onu dəstəkləyirik. Bir məqamı da vurğulamaq istərdim, cənab Prezident şəhid anasının önünə gələrək, ona bir daha ehtiramını göstərdi. Bu jest ölkə başçısının səmimiyyətini, şəhid ailələrinə olan isti münasibəti nümayiş etdirir”.






