“Qaz kəmərini PKK partladıb” - Türkiyəli nazir

“Qaz kəmərini PKK partladıb” -  Türkiyəli nazir

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bu gecə Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttində törədilən partlayış barədə açıqlama verib. Sfera.az anspress-ə istinadən xəbər verir ki, istinadla verdiyi məlumata görə, terror təşkilatı PKK-nın bu hadisəni törətdiyini deyib və əməlinə görə tənqid edib: 

"Bunlar, əllərindən gəlsə sadəcə Çukurcada yaşayan qardaşlarımızı deyil, Nişantaşındakı vətəndaşlarımızı da elektriksiz, təbii qazsız qoymaq dərdindədirlər". 

T.Yıldız baş verən hadisə ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada nazir Bakı-Tiflis-Ərzurum (Şahdəniz) boru xəttinin Sarıkamış Yağbasan kəndi istiqamətindəki qisminə terror təşkilatı tərəfindən hücum edildiyini və partlayış nəticəsində qaz nəqlinin dayandığını bildirib. 

Yıldız qeyd edib ki, terror təşkilatları bu günə qədər Silopi elektrik xətti, İran-Türkiyə təbii qaz borusu, Kərkük-Yumurtalık neft borusu, Mardindəki transfarmator və Çukurca elektrik xəttinə etdikləri hücumlarla adıçəkilən bölgədə yaşayan vətəndaşların ən ilkin təlabatlarını qarşılamalarına maneə yaratamaq istəyir. 

"Bu mənfur hücumlardan ən çox ərazidə yaşayan qardaşlarımız ziyan çəkir. O bölgədən gələn reaksiyalar, şikayət məktubları, vətəndaşlarımızın terror təşkilatından son dərəcə narahat olduğunu göstərir. Bu gecəki hücumda Ərzurumdan ölkəmizin qərbinə təbii qaz nəql edən Bakı-Tiflis-Ərzurum xətti hədəfə alınmışdı".

Nazir, terror təşkilatının bu hücumlarına dövlətin lazımi cavab verəcəyini deyib.

Xatırladaq ki, bu yaxınlarda Türkiyə və İran arasındakı təbii qaz boru xəttinin Türkiyə hissəsində güclü partlayış törədilmişdi. Boru xəttinin Türkiyənin Ağrı vilayətindən keçən hissəsi partladılıb.


OXŞAR XƏBƏRLƏR