Bakıda yeni polis bölməsi yaradıldı

Bakıda yeni polis bölməsi yaradıldı

Bakıda yeni polis bölməsi yaradılıb. Sfera.az lent.az-a istinadən xəbər verir ki, yeni fəaliyyətə başlayan 41-ci Polis Bölməsi Səbail rayon Polis İdarəsinin tərkibində yaradılıb. Yeni bölmənin xidməti ərazisi kimi Badamdar qəsəbəsi müəyyən edilib. 

 

Badamdar qəsəbəsi daha əvvəl 8-ci Polis Bölməsinin ərazisi olub.

 Qeyd edək ki, yeni yaradılmış bölməyə hələlik rəis təyin edilməyib. Rəis vəzifəsini rəisin müavini, polis polkovnik-leytenantı Kəmaləddin Həmidov icra edir.


OXŞAR XƏBƏRLƏR