Milli Qəhrəmanımızın şəhid olduğu gündür
Nəsibov Mərfət Əhməd oğlu ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak edərək, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərib. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu.
1992-ci il yanvar ayının 28- də Nəsibov Mərfət Əhməd oğlunun son döyüşü olur… O, Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra "Azərbacanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.
Qazax rayonundakı H. Əliyev adına parkda adına bulaq tikilmişdir.






