Logo

Milli Qəhrəman Cəlil Səfərovun doğum günüdür

Milli Qəhrəman Cəlil Səfərovun doğum günüdür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun doğum günüdür.

Sfera.az xəbər verir ki, Cəlil Əziz oğlu Səfərov 1962-ci il yanvarın 28-də Gürcüstanın Marneuli rayonu Leybəddin kəndində anadan olub, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb.

O, C.Naxçıvanski adına Hərbi Məktəbi, Vladiqafqaz və Saratov şəhərlərində ali hərbi təhsil alıb, keçmiş SSRİ-nin müxtəlif yerlərində xidmət edib. 1992-ci ildə Azərbaycana qayıdıb, Şuşa istiqamətində topçu zabit kimi şücaətlə vuruşub, ad qazanıb. 1992-ci il mayın 15-də Turşsu-Zarıslı istiqamətindəki döyüşdə onlarla erməni yaraqlısını məhv edib və qəhrəmanlıqla həlak olub.

1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Sumqayıt şəhərində 10 saylı orta məktəb onun adını daşıyır. Marneuli rayonu Leybəddin kəndində abidəsi ucaldılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR